15 noyabr 2011 18:08

Ramiz Məmmədov: Atırauya getdiyimə görə təəssüflənirəm

“Qəbələ”nin, eləcə də Qazaxıstanın “Atırau” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədov azerisport.az saytına müsahibə verib.
 
- “Atırau”dan ayrıldıqdan sonra siz müsahibə verməkdən imtina edirdiz. Artıq Qazaxıstan çempionatı başa çatdığı üçün, komandadakı problemlərdən danışa bilərsiz?
- Bəli, bunu özüm istəmirdim. Düşünürdüm ki, hər şey barədə mövsüm bitəndən sonra danışmaq yaxşı olardı. Axı deyəcəyim sözlər məndən sonra gələn mütəxəssisin işinə mane ola bilərdi. İndi isə istəyirəm ki, Qazaxıstandan ayrılmağımın səbəblərini hamı bilsin. Mən düşünürdüm ki, “Atırau”da heç bir problem yoxdu. Biz yaxşı komanda yaratmağı planlaşdırmışdıq. Amma işləməyə başlayanda, hər şeyin tam fərqli olduğunu gördüm.

- Bu, maliyyə problemləri ilə bağlıydı?
- Mən işə çox pis vəziyyətdə başladım. Artıq yanvarda bəlli idi ki, əsas heyətin altı üzvü komandadan ayrılacaq. Mən isə komandanı onların ətrafında yaratmaq istəyirdim. Amma onların karyeralarını davam etdirmək üçün daha yaxşı variantlar tapmışdılar. Hər şey də futbolçuların uzun müddət maaşlarını ala bilməməsindən sonra başladı. İnanın ki, pulsuz komandanı idarə etmək çox çətin idi.
 
- Müqavilə bağlamamışdan əvvəl sizə bu barədə heç nə deməmişdilər?
- Mənə demişdilər ki, hər şey yüksək səviyyədə olacaq, komandanın özəyi saxlanılacaq. Yeni yaxşı futbolçular alınacaqdı. Amma olan futbolçular da məşq etmək haqda yox, müqavilə barədə düşünürdülər. Onları da başa düşmək olardı. Hər halda iki ay pulunu ala bilməyən futbolçudan nəsə tələb etmək də düz çıxmırdı. Hər həftə iclas olurdu, deyirdilər ki, bu həftə pul olacaq. Amma olmurdu. Mənim komandada adicə seleksiyaçı köməkçim, tərcüməçim də yox idi. İndi belə problemlərlə tez-tez rastlaşmaq olmur.
 
- Maliyyə problemlərindən başqa Qazaxıstanda çalışmağınıza mane olan əlavə problem var idi?
- Hakimlik orda çox bərbad idi. “Atırau”nun bəzi oyunlarında xalımızı əlimizdən aldılar. Məsələn, “Ordabası” ilə qarşılaşmada.

- İndi “Atırau”nun sizə borcu qalır?
- Kiçik bir məbləğ qalır, amma demək olar ki, daha borclu deyillər. Mən özüm istefa verdim və kompensasiyadan danışmağa dəyməzdi. Qazaxıstana böyük ümidlərlə getmişdim. Orda işlərimin alınmaması mənə böyük zərbə oldu. Təəssüf ki, normal işləməyə şərait yaradılmadı.
 
- Onda belə çıxır ki, bu kluba keçməklə səhv etmisiz?
- Qazaxıstan bizim üçün dost ölkədi. Orda da idman sürətlə inkişaf edir. Amma şərtlər öncədən mənə deyiləndən fərqlənirdi. Təəssüf edirəm ki, “Atırau”nun təklifini qəbul etdim.
 
- Yenidən Qazaxıstan klublarından dəvət alsaz, qəbul edərsiz?
- Qardaş ölkə klublarından mənimlə maraqlananlar var idi. Mənim bu ölkədəki menecerim zəng edib bildirdi ki, bu ölkədən bir klub xidmətimdə maraqlıdı. Amma hələ heç nə məlum deyil. Mən öncə hər şeyi öyrənməliyəm. Qazaxıstana qayıdaram. Amma “Atırau”dakı kimi problemləri olan komandaya yox.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.