15 noyabr 2011 18:20

“Onlarla qarşılaşmalarda meydanı qalib tərk edən yeganə komanda Qarabağdı”

“Qarabağ” Premyer Liqanın növbəti turunun “İnter”lə oyununa hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov hazırlıqların gedişi ilə bağlı bunları dilə gətirib:

“Admir Teli və Ansi Aqolli Albaniya yığmasının, Rəşad Sadiqov, Əfran İsmayılov, Vüqar Nadirov və Rauf Əliyev Azərbaycan yığmasının, Qara Qarayev, Tural İsgəndərov və Osman Umarov isə Azərbaycanın U-21 yığmasının heyətinə dəvət olunublar. Komandanın əsas heyətinin əksər hutbolçuları milli komandaların düşərgələrində olsalar da, hazırlıqları davam etdiririk. Noyabrın 14-də əsas heyət ilə əvəzedici heyət arasında hazırlıq matçı keçirildi. Qarşılaşmadan əsas heyət 4-0 hesabı ilə qalib ayrıldı. Qeyd edək ki, əsas heyətin futbolçularından Rəşad Sadıqovla Emin İmaməliyev zədəli olduğundan və futbolçuların əksəriyyəti komandanın düşərgəsində olmadığından əvəzedici heyətdən bəzi oyunçular əsas heyətə cəlb olunublar. Sabahdan etibarən milli komandaların düşərgəsində olan futbolçular geri dönəcəklər və bundan sonra “İnter”lə oyunun hazırlıqlarını davam etdirəcəyik. Cari mövsümdə “İnter”lə qarşılaşmalarda meydanı qalib tərk edən yeganə komanda “Qarabağ”dı. Son vaxtlar “İnter”ə qarşı yaxşı oynayırıq. “İnter” də güclü komandadır. Azarkeşlərin maraqlı oyun izləmək imkanları olacaq. “Sumqayıt Şəhər” ilə oyundan sonra xal itkisindən qaçmağa çalışacağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.