15 noyabr 2011 18:58
Neftçinin fanklubları etiraz bəyanatı yaydı
“Neftçi”nin “Flaqman” və "UltraNeftçi" fanklubları bəyanat yayıb. Azerisport.az həmin bəyanatlarla sizi də tanış edir.
"UltraNeftçi"nin bəyanatında deyilir: “Premyer Liqanın XII turu çərçivəsində keçirilmiş "Neftçi" - "Xəzər Lənkəran" matçında parlaq qələbə qazandıq. Amma oyunun bitməsi ilə söz-söhbətlər başladı. Yarımmüdafiəçimiz Rəşad Abdullayevin hərəkətini şişirdib matçın dönüş nöqtəsi kimi qələmə verənlər var. Futbolçumuza klub daxilində cəza verilsə də, AFFA-nın İntizam Komitəsi daha sərt qərar qəbul etdi. Bu gün Rəşad kimi futbolçunun 4 oyunda meydana çıxmaması biz azarkeşləri narahat etməyə bilməz. İstər ötən mövsümdə, istərsə də bu mövsümdə digər klubların da futbolçuları oxşar hərəkətlər etmiş, cəzalandırılmış və sonradan apellyasiya komitəsinin qərarı ilə onların cəzaları yüngülləşdirilmişdi. Eyni rəftar "Neftçi"yə münasibətdə niyə təkrarlanmır? Biz azarkeşlər AFFA Apellyasiya və Ekspert Komitəsindən bir daha bu məsələyə baxılmasını və cəzanın yüngülləşdirilməsini xahiş edirik!
Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində doğma komandamıza qarşı qərəzli fikirlər səsləndirənləri isə pisləyir və buna son qoyulmasını tələb edirik. "Neftçi" Azərbaycanda daha çox azarkeşi, tərəfdarı olan klubdur. Əlbəttə ki, komandamız bu sevgini oynadığı oyunlarla, ədalətli mübarizələrlə qazanıb. Biz həmişə sevimli komandamızın yanındayıq və bəyan edirik ki, klubumuza qərəzli münasibətlər davam olunarsa, azarkeş olaraq, adekvat addımlar atacağıq”.
“Flaqman” isə aşağıdakı bəyanatla çıxış edib:
“Həmin gün "Neftçi"miz qarşısıalınmaz idi. Hesab yerimizə danışır. Amma son zamanlar flaqmana qarşı qərəz bəsləyənlər bu dəfə də sakit oturmadı. Bəzi insanlar ehtimallar irəli sürərək, həmin oyunun axarını öz xəyallarında müxtəlif istiqamətlərə yönəldirlər. Həzm edin artıq. Bizim gücümüz göz qabağındadır. Rəşadın hərəkətini bayraq edənlər, bilin ki, biz həmin gün meydanın hər qarışında rəqibdən güclü idik. AFFA Apellyasiya və Ekspert Komitəsindən də bir istəyimiz var. Düzdür, Rəşad Abdullayevin hərəkətinə haqq qazandırmırıq, amma onun kimi futbolçunu meydanda görmək istəyirik. Bu səbəbdən də Rəşadın cəzasının yüngülləşdirilməsini istəyirik. Klub rəhbərliyi, məşqçilər və futbolçular 6 illik həsrətdən sonra bizə çempionluq sevinci yaşatdı. Əziz "Neftçi"mizi bu mövsüm də zirvədə görmək istəyirik. İnanırıq ki, futbolçularımız bu istəyimizi reallaşdıracaq”.