15 noyabr 2011 20:38
Bahodir Nasimov oynadı, Özbəkistan qələbə qazandı
“Neftçi”nin hücumçusu Bahodir Nasimov Özbəkistan yığmasının heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Tacikistanla oyunun iştirakçısı olub.
Nasimov meydana start heyətində çıxıb. Lakin qarşılaşmanın 56-cı dəqiqəsində əvəzlənib.
Oyun gəlincə, özbəklər doğma meydanda darmadağına imza atıblar. Sanjar Tursunov, Adil Əhmədov və Aleksandr Heynrixin vurduğu qollar meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0.
