15 noyabr 2011 11:26
Mircavadov: Foqtsun işini qiymətləndirmək üçün məşqçilər şurası lazımdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində millimizin Albaniya ilə yoldaşlıq oyunundan danışıb:
- Yığmamızın Albaniya ilə oyunu barədə nə deyə bilərsiz?
- Qələbə qələbədi. Siz bilirsiz ki, mən həmişə belə yoldaşlıq oyunlarının keçirilməsinin tərəfdarı olmuşam. Yığma mümkün qədər çox oynamalıdı. Biz hələ o səviyyəyə çatmamışıq ki, yoldaşlıq oyunlarından imtina edək. Amma hər şey öncədən planlaşdırılmalıdı ki, klubların da işinə problem yaratmasın.

- Sizcə, Berti Foqts qalmalıdı?
- O, mənim həmkarımdı. Bu üzdən də mən Foqtsun işini müzakirə edə bilmərəm. Hətta nəsə desəm belə, bu, mənim fikrim olaraq qalacaq. Hesab edirəm ki, Foqtsun işini qiymətləndirmək üçün məşqçilər şurası lazımdı. Yerli mütəxəssislər deyə bilər ki, onun gəlişindən sonra komandada nələr dəyişib.

- Yığmanın sükanı arxasında 4 il az, yoxsa çoxdu?
- Birincisi, komandada heç kim bu qədər işləməyib. İkincisi, bu müddət ərzində yaxşı formalaşmış, sabir, güclü komanda yaratmaq olardı. Amma yığmamızda sabit oyun və heyət yoxdu. AFFA son seçmə tsikli analiz etməlidi. Yalnız bundan sonra Foqtsla müqavilənin detallarını müzakirə etmək olar.

- Son seçmə tsikldəki çıxışı necə qiymətləndirirsiz?
- Komanda 7 xal topladı. Amma şəxsən mənim fikrimcə, bu, heç nə demək deyil. Mənə oyun maraqlıdı. Yığmamız 1-2 yaxşı oyun keçirdi. Vəssalam. Buna görə də yerli mütəxəssislər yığışmalı və komandanın problemlərini deməlidilər.
- AFFA-nın yığmaya kimi gətirməyini istərdiniz?
- İstərdim ki, AFFA özümüzkülərə güvənsin. Amma ad çəkə bilmərəm.
- Qurban Qurbanov?
- Niyə də yox? Hesab edirəm ki, o, bu postda çalışa bilər. Yaş önəmli deyil. Bəzi jurnalistlər hansısa məşqçinin yaşının az, yaxud çox olmasını qabartmağı sevirlər. Amma gənc məşqçilər həmişə özlərini göstərməyə çalışırlar. Yaşlılarda da təcrübə var.