15 noyabr 2011 11:53
Millimizin oyunlarının təqvimi müəyyənləşdi
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə aparacağı 5-ci qrupun oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az millimizin oyunlarının təqvimi ilə sizi də tanış edir.
Qeyd edək ki, bu qrupun bütün oyunları ölkəmizdə təşkil olunacaq. Görüşlər Bakı İdman Sarayında keçriləcək.
Yığmamız bu mərhələdə Xorvatiya, Makedoniya və Ukrayna ilə görüşəcək.
15 dekabr
Saat 18:30. Ukrayna – Makedoniya
Saat 21:00. Azərbaycan – Xorvatiya
16 dekabr
Saat 18:30. Xorvatiya – Ukrayna
Saat 21:00. Azərbaycan – Makedoniya
18 dekabr
Saat 18:30. Makedoniya – Xorvatiya
Saat 21:00. Ukrayna – Azərbaycan
