15 noyabr 2011 00:02

“İnanırıq ki, AFFA humanist münasibəti Neftçiyə də göstərəcək”

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin qərarına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
 
"Bildiyiniz kimi, Premyer Liqanın 12-ci turu çərçivəsində keçirilmiş "Neftçi" - "Xəzər Lənkəran" oyununda futbolçumuz Rəşad Abdulayev rəqib oyunçuya qarşı etdiyi hərəkətə görə dərhal rəqibindən üzr istəmişdi. Sonradan isə Rəşad Abdullayev istər klub daxilində, istərsə də KİV-ə açıqlamalarında yaranmış vəziyyətə görə peşmanlığını dilə gətirmiş və belə halın bir daha təkrarlanmayacağını demişdi. Bunları nəzərə alaraq AFFA-nın İntizam Komitəsiniın futbolçumuza verdiyi 4 oyunluq cəzanın yüngülləşdirilməsi üçün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət ünvanlamışdıq. Təəssüf ki, məsələyə sözü gedən qurumda baxılmış və qərar dəyişdirilməmişdir. Təcrübə göstərir ki, belə hallarda AFFA-nın Apellyasiya və Ekspert Komitəsi klublara öz humanist münasibətini əsirgəməmişdir. Misal üçün, Rəşadın hərəkətinin eynini "Bakı"nın hücümçusu Jaba və "Xəzər Lənkəran" klubunun qapıçısı Kamran Ağayev də etmiş, amma sonradan Apellyasiya və Ekspert Komitəsi onların cəzalarını yünülləşdirmişdi. Biz "Neftçi" PFK olaraq bir daha müraciət edəcəyik. Rəşad Abdulayevin səhvini başa düşməsi, ölkənin aparıcı futbolçularından olması və qeyd etdiyim kimi, digər klubların futbolçularına göstərilən humanist münasibət inanırıq ki, "Neftçi"yə də göstəriləcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.