15 noyabr 2011 00:05

Qarabağ 4 cavabsız qolla qələbə qazandı

Xəbər verdiyimiz kimi, millinin oyunlarıyla əlaqədar olaraq yaranmış fasilədən yararlanmaq məqsədilə, “Qarabağ” əvəzedici heyətlə hazırlıq maçı keçirib. Azerisport.az xəbər verir ki, 6 futbolçusu əsas millilərdə, 3 futbolçusu U-21-də olan Qurban Qurbanov eyni zamanda zədəli Rəşad Sadıqovun da xidmətindən yararlana bilmir. Ayağında bir qədər ağrı olan Maksim Medvedev də sadəcə qaçışla yadda qalıb.

Bu  itkilərinin fonunda əvəzedicilərlə oyuna əsas komanda 11 nəfəri düzəltmək üçün 2-cilərdən Toğrul Bilallı və Təmkin Xəlilzadənin xidmətindən yararlanmalı olub. Komandanın qapıçıları Fərhad Vəliyev və Boyan Pavloviç hər 2 hissədə fərqli kollektivlərin qapısını qorudu.
 
Qurban Qurbanovun komandası meydana belə çıxıb: Fərhad Vəliyev, Zaur Həşimov, Kamil Hüseynov, Təmkin Xəlilzadə, İlqar Qurbanov, Namiq Yusifov, Nderim Nedzipi, Leonardo Roşa, Toğrul Bilallı, Georgi Adamiya, Bəxtiyar Soltanov.
 
Elçin Xudadatovun başçılıq etdiyi əvəzedici komanda isə görüşə bu heyətlə başlayıb: Boyan Pavloviç, Fərid Baxışov, Azər Həbibov, Eyvaz Mərdanov, Emin Əliyev, Rəcəb Mahmudov, Əliağa Xudiyev, Ülvi Rəfizadə, Elmin Əlizadə, Ayaz Mehdiyev, Kamil Xanıyev.
 
Görüş gözlənildiyi kimi, “böyüklər”in üstünlüyü ilə keçib. Görüşdə bütün qollar ilk yarıda vurulub. Bəxtiyar Soltanov ilk və son qolu vurub. Toğrul Bilallı və Nderim Nedzipinin fərqlənməsiylə oyun 4:0 başa çatıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.