15 noyabr 2011 23:22
Millimiz Union Berlinə məğlub oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığması 2011-ci ildə son oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız Almaniyada yerli “Union Berlin” klubunun qonağı olub.
Düzdü, əslində komandamız bu il üçün son rəsmi matçına bundan bir neçə gün öncə Albaniyada çıxmışdı. Həmin qarşılaşma FİFA-nın yoldaşlıq oyunları üçün ayırdığı pəncərəyə düşdüyündən, reytinqə də hesablanacaq. Amma “Union Berlin” komandası ilə qarşılaşma FİFA-nın təqvimində rəsmi oyun günü olan 15 noyabr tarixində baş tutsa da, rəsmi matç kimi qeydə alınmadığından, bu, statistikalarda da əksini tapmayacaq. Yəni, bu, daha çox məşq xarakterli bir görüş idi.
Qeyd edək ki, bu oyun Azərbaycan millisi üçün sadəcə ili major notlarla bitirmək baxımından əhəmiyyət daşımırdı. Görüş həm də Berti Foqtsun millimizdəki son görüşü ola bilər. AFFA ilə müqaviləsi başa çatmaq üzrə olan almaniyalı mütəxəssisin aqibətinin necə olacağı hələ qaranlıq qalır.
Qeyd edək ki, millimiz bu gün 2011-ci ildə 11-ci matçına çıxdı. Bunlardan yeddisi seçmə mərhələ oyunları olmuşdu ki, komandamız Belçikaya 1:4, Qazaxıstana 1:2, Almaniyaya 1:3, Avstriyaya 1:4, Türkiyəyə 0:1 hesabıyla uduzub, Belçika ilə oyunda heç-heçəyə (1:1) nail olmuşdu. Qazaxıstanla Bakıdakı oyunda isə qələbə qazanmışdıq – 3:2. Macarıstan və Makedoniya ilə yoldaşlıq görüşlərində isə müvafiq olaraq 0:2 və 0:1 hesablı yenilgiyə üzülmüşdük. Bu məğlubiyyətləri yalnız Albaniya ilə son yoldaşlıq matçında minimal hesablı qələbə ilə unutdura bildik. Komandamız bu il daha bir sınaq matçını Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirmişdi ki, həmin görüşdə də uduzmuşduq – 0:1.
Elə bu dəfəki klub komandasıyla qarşılaşma da millimizin eyni hesablı məğlubiyyəti ilə bitdi. Beləcə, komandamız ili məğlubiyyətlə başa vurdu.
Yoldaşlıq oyunu
15 noyabr
Union Berlin - Azərbaycan - 1:0 (1:0)
Qol: Moskera, 33 (1:0)
Hakimlər: Feliks Zvaer, Stefan Lupp, Lasse Koslovski (hamısı Almaniya).
Berlin. “Union” stadionu. 2000 tamaşaçı.
UNİON BERLİN: 1. Yan Qlinker, 5. Kristian Ştruff, 6. Mats Pfertsel, 7. Patrik Kolmann, 8. Markus Karl, 9. Con-Yayro Moskera, 14. Patrik Zundi, 17. Torsten Mattuşka, 18. Moris Trapp, 19. Ginedu Ede, 29. Mihael Parensen.
AZƏRBAYCAN: 23. Andrey Popoviç, 20. Ufuk Budak, 5. Elnur Allahverdiyev, 15. Ruslan Abışov, 13. Vurğun Hüseynov, 3. Badavi Hüseynov, 18. Arif İsayev, 19. Rahid Əmirquliyev, 9. Murad Hüseynov, 6. Rəşad Sadiqov, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: Aqil Məmmədov, 8. Aleksandr Çertoqanov, 25. Amit Quluzadə, 26. Cihan Özkara, 24. Nizami Hacıyev, 17. Vüqar Nadirov, 11. Rauf Əliyev, 16. Rizvan Umarov.
Oyun başladı
İlk dəqiqələr hələ ki, kəşfiyyat xarakteri daşıyır
Komandamızın qapısı qarşısında təhlükə...Mosqueranın zərbəsini Popoviç dəf edir
Üstünlük meydan sahiblərinin tərəfindədi
Mosqueranın daha bir cəhdinin qarşısını qapıçımız alır
Edenin zərbəsi alınmır
Mosquera Popoviçlə üz-üzə qalsa da, hesabı aça bilmir
Sadiqov Əfranı zərbə mövqeyinə çıxara bilmir
Rahidlə hücum qurmaq cəhdimiz baş tutmur
Əmirquliyevin zərbəsi qapıçıda qalır
Allahverdiyevə qarşı kobud oynayırlar
Mattuşkanın zərbəsi dəqiq olmur
Budaka qarşı kobud oynayırlar
Əfranın zərbəsini qapıçı son anda çətinliklə də olsa, dəf edir
33-cü dəqiqədə Mosquero hesabı açır - 1:0
Növbəti cərimə zərbəsi zamanı Popoviç komandamızı qoldan xilas edir
İsmayılovun növbəti zərbəsi dəqiq alınmır
İsayev də qeyri-dəqiq zərbə ilə yadda qalır
Trapp vurur, Popoviç yerindədi
Sadiqovun zərbəsini qapıçı tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Yığmamızın heyətində Rəşad Sadiqovu Cihan Özkara, Murad Hüseynovu Rizvan Umarov əvəzləyir
46. "Union Berlin"də isə Yan Qlinkeri Marsel Höttek, Kristian Ştuffu Kristof Mens, Patrik Kolmanı Bone Uaferro, Maskueranı Steven Skrjbski, Mattuşkanı Silvio, Mixael Parenseni isə Kristofer Quirinq əvəzləyir
Özkara ilk cəhdindəcə hesabı aça bilərdi. Amma o, qapıçı ilə üz-üzə qalsa da, fərqlənə bilmir
56. Arif İsayevi Vüqar Nadirov əvəzləyir
60. Alman klubunun heyətində növbəti dəyişikliklər: Pfertseli Yerom Polens, Karlı Filip Malinovski, Edeni isə Halil Savran əvəzləyir
Əmirquliyevin zərbəsi komandamıza korner qazandırır
70. Vurğun Hüseynovu Amit Quluzadə əvəzləyir
Abışovun zərbəsi qeyri-dəqiqdi
Amitin zərbəsi isə qapıçıda qalır
80. Rahid Əmirquliyevi Nizami Hacıyev əvəzləyir
Nadirovun qol vurmaq cəhdinin qarşısını qapıçı alır
89. Əfranı Rauf Əliyev əvəzləyir
Matç başa çatdı
