15 noyabr 2011 12:31

Bernard Lippert: AFFA istəsə də, əsas millini çalışdırmaram

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Bernard Lippert azerisport.az saytının suallarını cavablandırıb.

- Artıq il sona yaxınlaşır. AFFA-nın texniki direktoru kimi, 2011-ci ili necə qiymətləndirirsiz?
- Etiraf etməliyəm ki, bizim yeniyetmələrdən ibarət yığmalarımız – xüsusilə də U-17 və U-19 bu il heç də pis təsir bağışlamadı. Hər iki yığmamızın növbəti mərhələyə keçmək şansı var idi. Amma hər ikisinin açıqca bəxti gətirmədi. Oyunçularımızın inkişafı ürəyimcədi, onlarda çalışqanlıq görürəm. Gənclərdən ibarət yığmaya gəlincə, U-21 daha yaxşı oynaya bilərdi.
 
- Siz inkişafdan danışırsız. Bunu nə ilə bağlayırsız?
- Kifayət qədər qısa müddət ərzində bizim yığmalarımız Xorvatiya, Belçika kimi ölkələrlə eyni səviyyəyə yüksələ bildi. Gənclərdən ibarət yığmamız ABŞ-la sülh bağlayır. Almaniyada, Rusiyada yaşayan çoxlu azərbaycanlı uşaq futbolçular var ki, onların da yığmalarımıza cəlb olunması yönündə çox yaxşı iş aparılır.
 
- U-21-in üzvlərinin hazırda Almaniyada əsas milli ilə birgə məşq etməsini düzgün sayırsız?
- Əlbəttə. Bu, çox faydalı toplanışdı. Gənc futbolçulara təcrübə lazımdı. Bizim əsas yığmamız da qoca deyil. Birgə toplanış həm əsas yığmanın, həm də gənclərdən ibarət millinin üzvlərinə kömək edəcək.
 
- Azərbaycanda forvard probleminin olması sirr deyil. Berti Foqtsa bu problemin həlli kimi kimləri məsləhət görə bilərsiz?
- Mən Foqtsla daim əlaqədəyəm. Ona bəzi futbolçuları məsləhət görə bilərəm. Amma onları çağırıb-çağırmamaq artıq onun öz işidi. Fikrimcə, tezlikldə əsas yığmada möhkəmlənmək iqtidarında olan futbolçular Cavid İmamverdiyev, Cihan Özkara və daha bir neçə oyunçudu.
 
- Artıq əsas yığmada başqa yetirmələriniz də var...
- Bəli, mən Maksim Medvedevlə, Rauf Əliyevlə, Cavid Hüseynovla, Elvin Məmmədovla, Andrey Popoviçlə və daha bir neçə futbolçuyla çalışmışam. Bəs sizin bu təsdiqiniz nə ilə bağlıdı?
 
- Məsələ burasındadı ki, əksər ölkələrdə belə bir təcrübə var: gənclərdən ibarət yığmanı çalışdırıcısı qısa müddət sonra əsas komandanın baş məşqçisi olur. Siz, buna hazırsız?
- (uzun sükutdan sonra) Xeyr. Məni hazırkı vəzifəm də qane edir. Əgər hətta AFFA mənə belə təklif ünvanlasa da, ondan imtina edəcəm.

- Sizcə, Foqts işini davam etdirməlidi?
- Onun Azərbaycan yığmasına gətirdiyi müsbət məqamları qeyd etməmək axmaqlıq olardı. Amma yenə son sözün sahibi AFFA-dı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.