16 noyabr 2011 02:56

Türkiyə möcüzə edə bilmədi (YENİLƏNİB)

AÇ-2012-nin seçmə mərhələsinin pley-off oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, iki oyundan ibarət olan bu mübarizədə 4 xoşbəxt növbəti qitə birinciliyinə vəsiqəyə sahib çıxmış olub.
 
Şübhəsiz ki, bu oyunlar arasında azərbaycanlı futbolsevərləri daha çox qardaş Türkiyə yığmasının aqibəti maraqlandırırdı. Maraq üçün onu da xatırladaq ki, bu komanda seçmə mərhələnin qrup oyunlarında Azərbaycanla eyni qrupda yer almışdı. Lakin Quus Hiddinkin komandası Xorvatiya ilə ilk dueldəcə darmadağına məruz qaldı. Özü də 0:3 hesablı yenilgi doğma meydanda alındığından, səfər matçında möcüzəyə nail olmaq çox çətin görünürdü. Gözlənildiyi kimi, xorvatlar üstünlüklərini əldən verməyiblər və AÇ-yə vəsiqəyə sahib çıxıblar.
 
Bundan əlavə daha 3 görüş keçirilib. Bosniya və Herseqovina ilk oyunda qolsuz sülhə razılaşdığı Portuqaliyanın qonağı olub. Meydan sahibləri darmadağınla qitə çempionatına yüksəliblər. Çexiya Monteneqronu səfərdə də məğlub etməklə, AÇ-yə daha çox layiq olduğunu isbatlayıb. Estoniya isə evdə İrlandiyaya böyük hesabla məğlub olduğundan, artıq AÇ-yə getmək arzularının üstündən xətt çəkmişdi. Ona görə bu qarşılaşma da tam formal xarakter daşıyırdı.

AÇ-2012-nin seçmə mərhələsi
Pley-off oyunları
15 noyabr

Xorvatiya - Türkiyə - 0:0 (ilk oyun 3:0)
 
Monteneqro - Çexiya - 0:1 (0:2)
Qol: Jiracek, 81.
 
İrlandiya - Estoniya - 1:1 (4:0)
Qollar: Uard, 31 - Vasilyev, 57.
 
Portuqaliya - Bosniya və Herseqovina - 6:2 (2-ci hissə) (0:0)
Qollar: Ronaldo, 8; 53, Nani, 24, Poştiqa, 72; 82, Veloso, 80 - Misimoviç, 41-pen, Spahiç, 65.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.