16 noyabr 2011 13:43
Vəli Qasımov: Milli bu oyuna qeyri-ciddi yanaşdı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi, eyni zaman 19 yaşadək futbolçulardan ibarət millimizin çalışdırıcısı Vəli Qasımov azerisport.az saytının suallarını cavablandırıb.
- İspaniyanın “Malaga” klubuna təcrübəyə gedəcəksiz. Niyə məhz “Malaga”?
- İspaniyada hansısa komandayla əlaqə yaratmaq o qədər də asan deyil. Belə qərara gəldim ki, hələlik İspaniyanın daha populyar klublarına getməyim. “Malaga” ortabab klubdu, özümə də uyğundu.
- İspaniyada hansısa komandayla əlaqə yaratmaq o qədər də asan deyil. Belə qərara gəldim ki, hələlik İspaniyanın daha populyar klublarına getməyim. “Malaga” ortabab klubdu, özümə də uyğundu.
- Amma Primeroda cari mövsümün ən ciddi klublarındandı. Hansı ki, 7-ci pillədə gedir...
- Həqiqətən də orda yaxşı kollektiv toplanıb. Manuel Pelleqrini yeni komanda formalaşdırır. Onun nə qədər yaxşı mütəxəssis olduğunu bilirəm. Ondan öyrənəcəyim çox şey var.
- İspaniyanı unutmamısız?
- Şübhəsiz ki, xatırlayıram. Dil baxımından da problemim olmayacaq.
- “Union Berlin” – Azərbaycan matçının nəticəsini (1:0) necə qəbul etdiz?
- Düzünü deyim ki, bu oyun öncəsi yığmada bir qədər fərqli atmosfer hökm sürməkdə idi. Bilirdik ki, bundan yaxşı heç nə çıxmayacaq. Komanda bu oyuna qeyri-ciddi yanaşdı.
- Niyə?
- Öncədən də planlaşdırılmışdı ki, gənclərdən ibarət yığmamızın üzvlərinı sınaqdan keçirək. Amma buna baxmayaraq, komandamız yenə qələbə qazanmaq istəyirdi.
- Öncədən də planlaşdırılmışdı ki, gənclərdən ibarət yığmamızın üzvlərinı sınaqdan keçirək. Amma buna baxmayaraq, komandamız yenə qələbə qazanmaq istəyirdi.
- Bütövlükdə, bu toplanışı necə qiymətləndirirsiz?
- Müsbət. Hər halda Albaniya ilə yoldaşlıq oyunu səfərdə keçirilirdi. Artıq komandada inam hiss olunur. Albanların yaxşı heyəti var. Onlarla oyunun nəticəsini uğurlu saymaq olar.
- Müsbət. Hər halda Albaniya ilə yoldaşlıq oyunu səfərdə keçirilirdi. Artıq komandada inam hiss olunur. Albanların yaxşı heyəti var. Onlarla oyunun nəticəsini uğurlu saymaq olar.
- Siz niyə Berlin toplanışına getməmişdiz?
- Bu, artıq Berti Foqtsun işidi. Yəqin ki, Albaniyadan qayıdan futbolçularla qalmağımı istəyirdi.
- Bu, artıq Berti Foqtsun işidi. Yəqin ki, Albaniyadan qayıdan futbolçularla qalmağımı istəyirdi.
