16 noyabr 2011 14:05
Neftçidən daha bir 5:0
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, bu məqsədlə "Neftçi"nin əsas və əvəzedici komandaları arasında yoxlama görüşü olub.
Klubun bazasındakı meydançada baş tutan qarşılaşma əsas komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qollara Fərid Quliyev (3), Ruslan Əmircanov və Flavinyo imza atıb.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 14:00-da başlayacaq.
