16 noyabr 2011 14:11
Aslan Kərimov rəsmən karyerasını başa vurdu
“Sumqayıt Şəhər”in oynayan məşqçisi Aslan Kərimov rəsmən karyerasını başa vurub. Bu barədə o, azerisport.az saytına özü xəbər verib.
Kərimov bunu yaşının çoxluğu və zədələrin onun oynamasına imkan verməməsi ilə əlaqələndirib. Bundan sonra o, sadəcə Sumqayıt klubunun məşqçisi kimi çalışacaq.
Qeyd edək ki, Aslan Kərimov “Qarabağ”ın və Azərbaycan yığmasının sabiq kapitanı olmaqla yanaşı, bir çox rekordların müəllifidi.
