16 noyabr 2011 14:44
AÇ-2012: Artıq səbətlərin tərkibi məlumdu
Dünən keçirilən pley-off oyunlarından sonra AÇ-2012-nin final mərhəsində iştirak edəcək bütün komandalar müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq dekabrın 2-də keçiriləcək püşkatma mərasimi öncəsi komandaların yerləşdiyi səbətlər də müəyyənləşib.
Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək Avropa çempionatına son vəsiqələri Portuqaliya, Xorvatiya, İrlandiya və Çexiya yığmaları qazandılar. Xorvatiya cavab görüşündə də Türkiyəni məğlub etsəydi, 3-cü yox, 2-ci səbətdə yer alacaqdı. Amma onlar bunu bacarmadıqları üçün 3-də qalmalı olublar.
Xorvatiyanın Türkiyə ilə heç-heçə etməsi daha çox Rusiyanın işinə yarayıb. Belə ki, bu ölkə millisi 2-ci səbətdəki yerini qoruyub.
AÇ-2012-də iştirak edəcək komadalar səbətlər üzrə belə bölünüb:
1-ci səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya
1-ci səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya
2-ci səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya
3-cü səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç
4-cü səbət: Danimarka, Fransa, Çexiya, İrlandiya.
