16 noyabr 2011 15:24
Türkiyə Foqtsdan imtina etdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Türkiyə millisini çalışdırmayacaq. Azerisport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası artıq Quus Hiddinkə mümkün əvəzləyicilərin adlarını açıqlayıb.
Belə ki, hollandiyalı mütəxəssisin boşaltdığı posta 3 əsas namizəd var. TFF hazırda “İstanbulspor”un çalışdırıcısı Abdulla Avcı, “Bursaspor”un baş məşqçisi Ertoğrul Sağlam və TFF rəsmisi Tolunay Kafkasla danışıqlar aparır.
