16 noyabr 2011 03:08
Yığmamızın oyununu fəxri qonaqlar da izləyib
Xəbər verdiyimiz kimi, ötən gün futbol üzrə Azərbaycan yığması Almaniyada yerli “Union Berlin” klubuyla yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın 0:1 hesabıyla məğlub olduğu görüşü bir sıra fəxri qonaqlar da izləyib.
Belə ki, Almaniya paytaxtındakı “Berlin” stadionunda baş tutan görüşü izləyənlər arasında Azərbaycanın bu ölkədəki səfiri Pərviz Şahbazov və onun ailəsi də olub. Bundan əlavə auditorlar palatasının sədri Vahid Novruzov da millimizi dəstəkləməyə gələnlər arasında olub.
