16 noyabr 2011 16:34
İnter Qarabağla oyuna hazırlıqları davam etdirir
Bakının "İnter" klubu Premyer Liqanın növbəti turunda qarşılaşacaqları "Qarabağ"la oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, yenidən bir araya gələn komanda üzvləri bu gün səhər məşqinə çıxıblar.
Komandanın bu günə axşam məşqi də nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan millisinin üzvü Vladimir Levin və gənclərdən ibarət milli komandanın oyunçuları Asif Mirili və Səlahət Ağayev də komandayla birlikdə məşq etdilər. Bununla yanaşı, Nizami Hacıyevin “İnter”in məşqlərinə sabah qatılacağı gözlənilir.
