16 noyabr 2011 16:53
"Neftçiyə qarşı qərəzli münasibətə son qoyulmalıdı"
"Forza Neftçi" fanklubu bəyanat yayıb. Azerisport.az həmin bəyanatla sizi də edir:
“Az qala hər qarşılaşmadan sonra "Neftçi" növbəti qərəz dalğası ilə üz-üzə qalır. Hətta böyük hesablı qələbə qazananda da bu uğuru kiçiltməyə çalışanlar tapılır. Mövsüm başlayandan müxtəlif hakim səhvləri ucbatından komandamız xal itkisinə məruz qaldı. Amma biz könül verdiyimiz flaqmanımızı bir an da olsun tək buraxmadıq. "Xəzər Lənkəran"la matçda bir daha sübut etdik ki, bu il də çempionluğa əsas namizədik. Zirvəyə sancdığımız ag-qara rəngli bayrağ həmişə ən yüksəkdə dalğalanacaq. İstəyimiz isə budur ki, futbolçumuz Rəşad Abdullayevə verilmiş cəza yüngülləşdirilsin. Digər klublara göstərilən humanist münasibət bizə də göstərilsin. Flaqman azarkeşləri həmişə ağa ağ, qaraya da qara deyib. Ədalət təmsilçilərindən də eyni rəftarı gözləyirik”.
