16 noyabr 2011 17:26
“Tez bir zamanda meydana çıxmaq istəyirəm”
“Qarabağ”ın təcrübəli yarımmüdafiəçisi Emin İmaməliyev uzun müddətdi yaşıl sahələrdən uzaq qalıb. Azerisport.az xəbər verir ki, avqustun 21-də “Kapəz”lə baş tutan oyunda sıradan çıxan 31 yaşlı futbolçu sonradan məşqlərin birində yenidən zədələnmişdi.
Uzun müddətdi müalicə olunan futbolçu son müayinə üçün Türkiyəyə yollanmışdı. İstanbuldan gələn cavab sevindiricidi. Emin bu barədə klubun rəsmi saytına danışıb:
“Gəncədə qasıq nahiyəmdən zədələnmişdim. Bəxtsizlikdən məşqdə yenidən aldığım zədəni ağırlaşdırdım. Məşqlərə başlasam da, bir problemimin qalmaması üçün Türkiyəyə yollanıb daha bir müayinədən keçdim. Şükürlər olsun ki, hər şey yaxşıdı. Zədəm tam sağalıb. Sadəcə özümü bir qədər yüklənmədən qorumalıyam. Hardasa, 10-12 gün hazırlıqdan sonra hazır olacam. Əgər hər şey yaxşı olsa noyabrın 30-da “Sumqayıt Şəhər”lə baş tutacaq kubok oyununda meydanda ola biləcək duruma gələcəm. Uzun müddətdi futboldan kənar düşmüşəm. Futbol üçün çox darıxmışam. Tez bir zamanda meydana çıxmaq istəyirəm. İnanıram ki, ən yaxşı formamı yığıb komandama kömək edə biləcəm”.