16 noyabr 2011 18:04
Aslan Kərimov: Baş məşqçi olmağa hazır deyiləm
“Sumqayıt Şəhər” klubunda köməkçi-məşqçi kimi çalışan Aslan Kərimov azerisport.az saytına müsahibəsində karyerasını başa vurmasından, eləcə də planlarından danışıb.
- Mövsümün əvvəlində deyirdiz ki, hələ oynamaq istəyirəm. Amma indi karyeranızı başa vurursuz...
- “Sumqayıt Şəhər”lə dekabra qədər müqaviləm var idi və buna görə də karyeramı başa vurduğumu deyə bilmirdim. Amma artıq bundan sonra meydana çıxa bilməyəcəyim məlumdu. Fiziki cəhətdən çatdırmıram. Birinci turda 15-20 dəqiqə meydanda oldum. Qoy gənclər oynasın. Hansı ki, son turda özlərini çox yaxşı göstərdilər.
- Amma karyeranızı davam etdirməkdə çox israrlı olduğunuzu deyirdiz...
- Mən ardıcıl üç zədə aldım. Bu yaşda da o zədələri asan sağaltmaq mümkün deyil. Amma “Qarabağ”dan ayrılanda həqiqətən düşünürdüm ki, daha bir mövsüm top qova bilərəm. Avstriya toplanışı vaxtı aldığım zədə uzun müddət məni meydandan kənar saxladı. Belədə çəkiylə də bağlı problemlər yarandı. Bir sözlə, artıq bacarmıram.
- Bəs məşqçi kimi fəaliyyətinizi davam etdirəcəksiz?
- “Sumqayıt Şəhər”də mən daha çox məşqçilik təcrübəsi keçirəm. Artıq B lisenziyası varımdı. A lisenziyasından sonra PRO-nu da almaq fikrim var. Aydın məsələdi ki, məşqçilik futbol oynamaqdan daha çətindi. Amma bundan çəkinmək fikrim yoxdu. Nə də bütün karyeram boyunca baş məşqçi köməkçisi olmağa hazırlaşmıram. Gələcəkdə öz komandamın olmasını istəyirəm. Futbolçu kimi hamı məni tanıyır. Amma məşqçi kimi heç nə etməmişəm. Bunu dəyişmək lazımdı.

- Birinci divizionda baş məşqçi kimi çalışa bilməzdiz?
- Mən hələ baş məşqçi olmağa hazır deyiləm. İndi sadəcə öyrənmək istəyirəm. Baxmayaraq ki, birinci divizionda çalışmaqda problem görmürəm. Məşqçiliyin bütün çətinliklərini görmək istirəm.

- Sizcə, AFFA Berti Foqtsla müqaviləni uzatmalıdı?
- Foqtsun qalıb-qalmayacağına AFFA qərar verəcək. Mən onların işinə qarışa bilmərəm. Bir şey aydındı: hətta Mourinyo ilə Qvardiola da bizi dünya və ya Avropa çempionatının final mərhələsinə çıxara bilməz. Odu ki, kimin baş məşqçi olmasından asılı olmayaraq, millinin nəticələri o qədər də yaxşı olmayacaq. Maksimum 1-2 qələbə, bundan artığını gözləyə bilmərik.