16 noyabr 2011 19:24
Xəzər Lənkəranın sahibi telekanal alır
"Xəzər Lənkəran" klubunun fəxri prezidenti Terkiyədə telekanal sahibi ola bilər. Azerisport.az xəbər verir ki, “Kanal D”-nin sahibi Aydın Doğan telekanalı satmaq istəyir.
Bunun üçün Mübariz Mənsimovla danışıqlar aparır. Artıq tərəflərin bir sıra məsələlərdə razılığa gəldiyi, yaxın 1-2 ayda kanalın sahibinin dəyişəcəyi bildirilir.
Qeyd edək ki, uzun illərdir, Türkiyədə yaşayıb fəaliyyət göstərən Mənsimov Mübariz Qurban oğlu 1968-ci ildə Azərbaycanda anadan olub. Ona məxsus şirkətin 129 gəmisi dünya sularında üzür. “Palmali” şirkətlər qrupuna müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 48 şirkət daxildi.
