16 noyabr 2011 22:34
Toni Adams istefa verdi
“Qəbələ” Futbol Klubunun baş məşqçisi Toni Adams 18 aylıq fəaliyyətinin ardından istefa verib. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Toni Adams istefanın səbəblərini belə açıqlayıb: "Mən Qəbələyə böyük iddiaları olan futbol klubu yaratmağa və təcrübəmi bölüşməyə gəlmişdim. Burada həqiqətən də çox dəyərli vaxt keçirdim və ümid edirəm ki, gələcək üçün lazım olacaq bünövrəni qoya bildim. Ancaq təəssüf ki, ailə vəziyyətimlə əlaqədar, “Qəbələ” Futbol Klubunu tərk etmək məcburiyyətindəyəm. Çox gözəl rəhbərliyi və üzvləri olan kollektivdən ayrılmaq çətin olsa da, ailəm hər zaman daha önəmlidi".
