16 noyabr 2011 11:18
“Hətta yerli məşqçi ilə Foqts arasında seçim olsa, yenə alman deyərdim”
“Neftçi”nin kapitanı Rail Məlikov azerisport.az saytının suallarını cavablandırıb.
- Albaniya ilə oyunda aldığınız zədə nə dərəcədə ciddidi?
- Bu zədə məndə hələ “Xəzər Lənkəran”la oyuna qədər də var idi. Həmin oyunda Adrian Pitlə toqquşduğum anda zədəmi daha da ağırlaşdırdımş oldum. Albaniyadakı ilk məşqimizdə qaçışla kifayətləndim. Amma yığmanın həkimləri məni bir qədər sağaltdılar. Lakin albanlarla oyunun ikinci hissəsində yenidən zədəm özünü göstərdi. Buna görə də əvəzlənməli oldum.

- Almaniyaya da buna görə aparılmadınız?
- Prinsipcə, bəli. Ora turist kimi getməyin nə mənası var idi? Həkimlər dedi ki, sənə üç gün sakitlik lazımdı.
- Hər halda Azərbaycan yığmasının ilin son oyununda qələbə qazanmasında pay sahibi oldunuz...
- Ümumiyyətlə, bu toplanış mənim çox xoşuma gəldi. Təzyiq yox idi. Sakit hazırlaşırdıq. Əgər həmişə belə olsaydı...
- Albanları məğlub etməyimiz necə alındı?
- Uşaqlarda özünəinam vardı. İnanırdıq ki, qələbə qazanacağıq. Bu rəqibimizi uzun müddət idi yenə bilmirdik. Oyundan öncə də Berti Foqts bildirdi ki, qələbə qazanmaq lazımdı. Oyundan sonra isə hamıya təşəkkürünü bildirdi.

- Sizcə, bu qələbə onun AFFA ilə danışıqlarında yardımçı olacaq?
- Belə deyim: mən Foqtsun qalmasını istəyirəm. Başqa əcnəbinin gəlməsindənsə, Foqtsun qalması yaxşıdı. Yeni məşqçi gələcək, bunun üçün uyğunlaşmaya nə qədər vaxt gedəcək. Amma artıq bizim futbolla bağlı hər şeyi bilən bir məşqçimiz var. Hətta mentalitetə qədər. Hətta yerli məşqçiylə Foqts arasında seçim olsa, yenə alman deyərdim.
- “Neftçi”nin “Qəbələ” ilə oyununa hazır ola biləcəksiz?
- Olmalıyam. Komandamızı çətin səfər oyunu gözləyir. İlk dövrədə bu rəqibimizi məğlub etmişdik. İndi bu uğuru təkrarlamaq lazımdı. Hesab edirəm ki, “Qəbələ” bizim əsas rəqiblərimizdəndi.
- Deməli, Qəbələdə xal itirməyi düşünmürsüz?
- İstəmirik xal itirək. Ancaq qələbə. Mümkün xal itkisi yenə “Xəzər Lənkəran”ın uzaqlaşmasına şərait yarada bilər. Bu da bizi qane etmir.
- İstəmirik xal itirək. Ancaq qələbə. Mümkün xal itkisi yenə “Xəzər Lənkəran”ın uzaqlaşmasına şərait yarada bilər. Bu da bizi qane etmir.
- Komandada atmosfer necədi?
- “Xəzər Lənkəran”la oyundan öncə necə idisə, elə. Hərdən son oyunumuzu yadıma salıram və hələ də inana bilmirəm ki, biz elə böyük hesablı qələbə qazanmışıq. Düzdü, 1:0, 2:0 hesabıyla qalib gələcəyimizi düşünürdüm. Amma 5:0 olacağını qətiyyən gözləmirdim. Amma nəticə oyuna görə oldu.

- Bu sözlərinizdən sonra yenə Lənkərana gedəcəyinizi xatırlatmaq istərdik...
- Orda da oynayarıq. Özü də qələbəyə.