16 noyabr 2011 11:33
Bakının hücumçusu dünya və Avropa çempionu ilə sülh bağladı
“Bakı”nın hücumçusu Uinston Parks futbol üzrə Kosta-Rika yığmasının heyətində növbəti matçını keçirib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın forvardı son dünya və Avropa çempionu İspaniya ilə sınaq matçının iştirakçısı olub.
Yığmanın baş məşqçisi onu ehtiyatda saxlayıb və yalnız matçın 66-cı dəqiqəsində meydana buraxıb. Nəticədə Parks bu dəfə cəmi 24 dəqiqə meydanda olub.
Qarşılaşmaya gəlincə, tərəflər meydandan sülhlə ayrılıblar. Parks meydana çıxarkən komandası 2:0 öndə olsa da, ispanlar son dəqiqələrdə hesabı bərabərləşdiriblər - 2:2.
