16 noyabr 2011 00:14
Union Berlinin baş məşqçisi: Azərbaycan millisi güclü rəqibdi
Almaniyanın “Union Berlin” klubunun baş məşqçisi Uve Noyhaus Azərbaycan millisi ilə yoldaşlıq matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Azərbaycan güclü rəqibdi. Amma biz birinci hissədə yaxşı oynaya, öz şansımızdan istifadə edə bildik. Bir qədər bəxtimiz də gətirdi. Çünki ikinci hissədə rəqibimiz xeyli təhlükəli vəziyyətlər yaratdı. Lakin bunlardan yararlana bilmədilər. Fikrimcə, bu matç həm Azərbaycan yığmasının, həm də komandamın işinə yarayacaq”.