16 noyabr 2011 12:45
Vəli Qasımov Malaqaya gedir
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi, eyni zaman 19 yaşadək futbolçulardan ibarət millimizin çalışdırıcısı Vəli Qasımov İspaniyaya gedir. Azerisport.az xəbər verir ki, o, bu ölkədə təcrübə keçəcək.
Belə ki, daha yüksək məşqçi lisenziyası almaq yolunda məcburi olan bu təcrübə prosesinə Qasımov da biganə qalmayıb. Onun İspaniyanın “Malaga” klubu ilə razılığa gəldiyi bildirilir.
Millimizin çalışdırıcısı sözügedən ölkəyə noyabrın 20-də gedəcək. Qasımov təxminən 1 həftə “Malaga”da təcrübə keçməlidi.
