17 noyabr 2011 00:36
Qəbələ Toni Adamsa əvəzləyici tapdı
“Qəbələ” rəhbərliyi hələlik komandanın yeni baş məşqçisinin kim olacağına qərar verməyib. Azerisport.az xəbər verir ki, Toni Adamsın gedişindən sonra bölgə təmsilçisi sadəcə müvəqqəti olaraq onun vəzifələrini yerinə yetirəcək şəxsi müəyyənləşdirib.
Belə ki, komandaya yaxın müddətdə müvəqqəti olaraq Adamsın köməkçisi Qari Stivens rəhbərlik edəcək. Yeni baş məşqçinin kimliyinin nə vaxt açıqlanacağı isə hələlik qaranlıq qalır.
Sonda onu da xatırladaq ki, “Qəbələ” həftə sonu Premyer Liqanın 13-cü turu çərçivəsində “Neftçi”ni qəbul edəcək.
