17 noyabr 2011 13:23
Ramiz Məmmədov Qəbələyə qayıda bilər
“Qəbələ” yenidən Ramiz Məmmədova tapşırıla bilər. Azerisport.az xəbər verir ki, Toni Adamsın baş məşqçi postundan istefa verməsinin ardından bu komandaya gəlişi gözlənilən əsas namizədlərdən biri də məhz Məmmədovdu.
Qeyd edək ki, Toni Adams “Qəbələ”yə gələrkən məhz Ramiz Məmmədovu əvəzləmişdi. Ondan sonra bu mütəxəssis bir müddət Qazaxıstanın “Atırau” klubunda çalışsa da, fəaliyyəti uğursuz alınınca istefaya getmişdi.
Hazırda işsiz olan Məmmədov hələlik “Qəbələ”yə baş məşqçi gətirilməsinə şərh vermək istəməyib.
