17 noyabr 2011 13:54

Fərid Quliyev: Neftçidə eyforiyaya yer yoxdu

“Neftçi”nin hücumçusu Fərid Quliyev azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran” üzərində qazandıqları qələbədən (5:0), eləcə də qarşıdakı “Qəbələ” ilə oyundan danışıb.

- Vaxtilə daha çox ehtiyatda qalsanız da, artıq tez-tez meydanda görünməyə başlamısız...
- İstənilən komandada məşqçinin inamı vacibdi. “Neftçi”də həm baş məşqçi Böyükağa Hacıyev, həm də klub prezidenti Sadıq Sadıqov mənə inanır. Hacıyev gələndən sonra məni dəstəkləməyə, şans verməyə başladı. Onun üçün bütün futbolçular eynidilər. Mənə də şans verməsi təbii ki, sevindirir. Əvvəllər də birgə çalışdığımız üçün, məni yaxşı tanıyır.
 
- Amma istənilən halda əsas heyətin oyunçusu sayılmırsız...
- Əsas “Neftçi”nin qələbəsidi. Oyunlara heyəti baş məşqçi müəyyənləşdirir. Əgər belə yaxşı alınırsa, mən sonradan meydana çıxmağa da hazıram. Amma əsas heyətə düşmək üçün də mübarizə aparıram. Ümumiyyətlə, hesab edirəm ki, belə güclü rəqabətin olduğu komandada heç kim özünü əsas heyətin uzun müddətli üzvü saya bilməz. Hamımız onun üçün çalışırıq ki, komanda hər oyunda qələbə qazansın.
 
- Artıq hesabınızda üç qol var. Demək olar ki, Bahodir Nasimovla aranızda çox güclü rəqabət var?
- “Simurq”a, “Kəpəz”ə və “Xəzər Lənkəran”a qol vurmuşam. Aydın məsələdi ki, lənkəranlılar üzərində qələbə bizim üçün ikiqat önəm kəsb edirdi. Belə oyunlarda qələbə qazanmaq həmişə xoşdu. Çox şadam ki, “Neftçi”nin heyətində “Xəzər Lənkəran”a qol vura bildim. Artıq bu komandayla aramızdakı xal fərqi birə enib. “Neftçi” çempionluq mübarizəsini davam etdirir və uğur qazanmaq üçün yaxşı şansı var.
 
- “Xəzər Lənkəran”ın revanş alacağından qorxmursuz? Yəqin ki, Mirça Rednikin komandası növbəti Böyük oyunda 0:5-i unutdurmağa çalışacaq...
- Biz onlardan qorxmuruq. Onlar təzyiq altında oynayacaqlar. Biz isə matça sakit çıxacağıq. Buna görə də rəqibi məğlub etmək daha asan olacaq. Ümumiyyətlə, hesab edirəm ki, ən vacib olan hər oyuna necə köklənə bilməkdi. Biz çempion olmaq istəyiriksə, hər oyunda qələbə qazanmağa borcluyuq.

- Komandada eyforiya yaranacağından qorxmursuz?
- “Neftçi” peşəkar klubdu. Burda eyforiyaya yer yoxdu. Hər oyunçu hər bir matçın vacibliyini anlayır. Biz niyə eyforiyaya qapılmalıyıq ki? Çempion olmamışıq ki. Sadəcə, çətin bir oyunda qələb qazanmışıq.
 
- Sizcə, Azərbaycan yığmasına niyə dəvət olunmursuz?
- Mənim işim klubumda oynamaqdı. Hər məşqdə maksimuma çalışıram. Əgər baş məşqçi Berti Foqts məni çağırmırsa, deməli hazır hesab etmir. Ya da ola bilsin ki, mənim hazırda necə formada olduğumu ona deməyiblər. İstənilən halda, mən yığmada oynamağa həmişə hazıram. Bu, mənim üçün böyük şərəfdi. Foqts özü də məni yaxşı tanıyır.
 
- Bu yaxınlarda Flavinyo bildirib ki, Azərbaycan pasportu almaq istəyir. Sizcə, o, yığmamıza da kömək edəcək?
- Flavinyo ölkənin ən yaxşı legionerlərindən biridi. Fikrimcə, o, yığmamıza kömək edə bilər. Bizə daha çox rəsmi oyunlarda qol vurmaq lazımdı. Flavinyo isə hücumdakı problemləri həll edəcək gücdədi.
 
- Qarşıda “Qəbələ” ilə oyun var..
- Rəqibimiz çox yaxşı komandadı. Çoxları düşünür ki, “Qəbələ”nin məğlubiyyət seriyası bu turda da davam edəcək. Amma mən düşünmürəm ki, rəqibimiz bizə asan xal verməyə hazırlaşır. “Qəbələ” bizi doğma meydanında qəbul edəcək. Bu isə onlara əlavə güc verir. Bizim isə hədəfimiz birdi – qələbə. Qəbələyə ancaq 3 xal qazanmaq üçün gedirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.