17 noyabr 2011 15:27
Qarabağın gedənləri qayıtdı, Ansi Aqollidən başqa
“Qarabağ” “İnter”lə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bazar günü “bankirlər”lə qarşılaşacaq komanda hazırlığını tək məşqlə davam etdirir.
Uzun müddətdi yarımçıq heyətlə çalışmalarını davam etdirən komanda bu gündən millilərinə qovuşub. U-21-in düşərgəsində olan Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov dünəndən geri qayıtmışdılarsa, Azərbaycan millisində olan Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov və Vüqar Nadirov bu gün komandamızın baş tutacaq yeganə məşqinə yollanıb. Legionerlərdən Admir Teli artıq komandanın düşərgəsində olsa da, Ansi Aqolli ailə problemləri səbəbindən bu axşam Bakıya qayıdacaq.
Bununla yanaşı, Emin İmaməliyev artıq məşqlərə başlasa da, Rəşad Sadıqovun zədəsi hələ də sağalmadığına görə məşqlərdə iştirak etmir.
Premyer Liqanın 13-cü turunda baş tutacaq “İnter” – “Qarabağ” oyunu noyabrın 20-də saat 18:00-da “Şəfa” stadionunda keçiriləcək.
