17 noyabr 2011 18:32
Toni Adamsı Kavlak əvəzlədi
“Qəbələ” rəhbərliyi bu gün klubdaxili iclas keçirib. Azerisport.az xəbər verir ki, iclasda baş məşqçi Toni Adamsın istefası və hazırkı vəziyyətdən çıxış yolları müzakirə olunub.
Tonini müvəqqəti olaraq onun əsas köməkçisi Qari Stivensin əvəzləyəcəyi gözlənilsə də, son qərar fərqli olub. Belə ki, ingiltərəli mütəxəssisin səlahiyyətlərini onun digər köməkçisi Fatih Kavlak yerinə yetirəcək.
Qeyd edək ki, Toni Adams ötən gün ailə problemlərini əsas gətirərək, “Qəbələ”nin baş məşqçi postundan getdiyini bəyan etmişdi.
