17 noyabr 2011 18:56
Mahir Şükürovda dopinq aşkarlandı
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovda istifadəsi qadağan olunan maddə aşkarlanıb. Azerisport.az xəbər verir ki, o, AÇ-2012-nin seçmə mərhələsinin Türkiyə ilə oyunundan sonra dopinq-testdən keçənlər arasında olub.
Lakin testin nəticələri yalnız onda müsbət olub. Bu barədə məlumatı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da təsdiqləyib.
Hazırda UEFA məsələni araşdırmaqla məşğuldu. Buna görə hansısa cəzanın verilib-verilməyəcəyi dəqiq bilinmir.
