17 noyabr 2011 19:54

Mərkəzi oyun Elçin Məmmədova tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turuna AFFA nümayəndələrinin və hakim-inspektorların, eləcə də hakimlərin təyinatı açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
 
İlk oyun günündə baş tutacaq “Xəzər Lənkəran” – “Rəvan” görüşü Rəhim Həsənova həvalə olunub. AZAL – “Kəpəz” görüşünü Fariz Yusifov idarə edəcək. “Simurq” – “Sumqayıt Şəhər” görüşünə isə Anar Salmanov təyinat alıb.

Bazar günü keçiriləcək “İnter” – “Qarabağ” qarşılaşması Elçin Məmmədova tapşırılıb. Turun digər prinsipial matçı - “Qəbələ” – “Neftçi” oyunu isə Ramil Diniyevə tapşırılıb. Nəhayət, “Bakı” – “Turan” matçında da ədaləti Vüsal Əliyev qoruyacaq.
 
Premyer Liqa
13-cü tur
19 noyabr (şənbə)
 
AZAL – Kəpəz
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Knyaz Əmiraslanov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. AZAL Arena. Saat 16:00.
 
Simurq – Sumqayıt Şəhər
Hakimlər: Anar Salmanov, Vaqif Musayev, Elşən Acalov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
 
Xəzər Lənkəran – Rəvan
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Rahil Ramazanov, Anar Göyçayski.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asif Namazov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 16:30.
 
20 noyabr (bazar)
 
Qəbələ – Neftçi
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
 
Bakı – Turan
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Coşqun Həsənov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu. Saat 14:30.
 
İnter – Qarabağ
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. “Şəfa” stadionu. Saat 18:00.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.