17 noyabr 2011 20:05
Türkiyə yığmasının yeni baş məşqçisi açıqlandı (FOTO)
Türkiyə Futbol Federasiyası milli komandanın yeni baş məşqçisi ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, qurum baş məşqçi Abdulla Avcı ilə müqavilə imzalandığını rəsmən açıqlayıb.
Avcı 2015-ci ilədək Türkiyə yığmasına rəhbərlik edəcək. Onun köməkçisi isə tanınmış futbolçu Okan Buruk olacaq.
Qeyd edək ki, Avcı bundan əvvəl 5 il yarım “İstanbul Büyükşehir Belediyespor” komandasında baş məşqçi olub.
