17 noyabr 2011 20:55
Bakı və AZAL-ın oyunları qadın hakimlərə tapşırıldı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 13-cü turuna hakimlərin təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, növbəti turun oyunları iki günə keçiriləcək. Qarşılaşmalardan üçü cümə, qalanları isə şənbə gününə təsadüf edəcək.
Təyinatlara gəlincə, onlarla aşağıda tanış ola bilərsiz:
Əvəzedicilərin çempionatı
13-cü tur
18 noyabr (cümə)
Xəzər Lənkəran – Rəvan
Hakimlər: Tahir Əhmədov, Müslüm Əliyev, Maqsud Şıxəliyev, Rəşad Aydınov.
Hakim-inspektor: Tahir Qasımov.
Lənkəran şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 13:00.
AZAL – Kəpəz
Hakimlər: Səbayel Qurbanova, Ülviyyə Mustafayeva, Ramil Namazov, Anar Heydərov.
Hakim-inspektor: Şamil Useynov.
“AZAL Arena” stadionu. Saat 13:00.
Simurq – Sumqayıt Şəhər
Hakimlər: Ramil Əhmədov, Ruslan Nəsibov, Akif Əmirəli, Namiq Bəkirov.
Hakim-inspektor: Abbas Hüseynov.
Zaqatala şəhər stadionu. Saat 14:00.
19 noyabr (şənbə)
İnter – Qarabağ
Hakimlər: Alik Yunusov, Vüsal Qənbərov, Qəzənfər Məmmədov, Qorxmaz Eldarov.
Hakim-inspektor: Əlibala Ələsgərov.
Bakı. “Şəfa” stadionu. Saat 14:00.
Qəbələ – Neftçi
Hakimlər: Əliyar Ağayev, Mübariz Haşımov, Samir Hacıyev, Ziya Nəsirov.
Hakim-inspektor: Rafiq Pənahpur.
Qəbələ şəhər stadionu. Saat 14:00.
Bakı – Turan
Hakimlər: Venera Kahriç, Rasim Əhmədov, Maya Nəbiyeva, Elxan Müslümov
Hakim-inspektor: Rəhman Tağıyev
Bakı. “Bakı” futbol klubunun təlim-məşq bazasının stadionu. Saat 14:00.
