17 noyabr 2011 21:03
Birinci divizionda da növbəti turun hakimləri açıqlandı
Futbol üzrə Azərbaycan birinci divizionunda 11-ci turun oyunlarına hakimlərin təyinatları açıqlanıb. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, birinci divizionda 11-ci tur üç günə keçiriləcək. Şənbə günü iki, bazar günü isə 3 görüş baş tutacaq. Hesabat turuna bazar ertəsinə təsadüf edəcək 1 oyunla yekun vurulacaq.
Bütövlükdə, növbəti turun təyinatları ilə aşağıda tanış ola bilərsiz:
Birinci divizion
11-ci tur
19 noyabr (şənbə)
Neftçala – Karvan
Hakimlər: Anar Niyazov, Habil Əliyev, İsgəndər Əliyev, Xalid Quliyev.
Hakim-inspektor: Elşad Ağayev.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.
Şəmkir – Lokomotiv
Hakimlər: Orxan Məmmədov, Ruslan Quliyev, Vasif Məmmədov, Rəşad Əhmədov.
Hakim-inspektor: Rufulla Kərimov.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.
20 noyabr (bazar)
Energetik – Şuşa
Hakimlər: Elvin Əsgərov, Əli Məmmədov, Rəvan Həmzəzadə, Rəşadət Cəfərov.
Hakim-inspektor: Akif Əliyev.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.
Qaradağ Lökbatan – Şahdağ
Hakimlər: Elnur Muradov, Hüseyn İmanov, Elşən Durmuşov, Camaləddin Hacıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
Göyəzən – Tərəqqi
Hakimlər: Xəlil Hüseynli, Rauf Məmmədov, Səbuhi Əmrahov, Mahir Məmmədov.
Hakim-inspektor: Əvəz Şıxıyev.
Qazax şəhər stadionu.
21 noyabr (bazar ertəsi)
MOİK – Muğan
Hakimlər: Feyzulla Feyzullayev, Fuad Mehrəliyev, Qəzənfər Abbasov, Ağaəli Əlizadə
Hakim-inspektor: Pərviz Əhmədov
“Ədliyyə” stadionu
Bütün oyunlar saat 14:00-da başlanır.
