17 noyabr 2011 11:12
Təxirə salınmış oyunun keçirilmə vaxtı açıqlandı
İntizam Komitəsinin 10 noyabr 2011-ci il tarixli iclasında birinci divizionun 11-ci turunun yarımçıq qalmış "Bakılı" - "Şahdağ" matçının yenidən keçirilməsi qərarı qəbul edilmişdi. Azerisport.az xəbər verir ki, artıq həmin oyunun keçirilmə vaxtı müəyyənləşib.
Belə ki, PFL prezidenti Ramin Musayev bununla bağlı yeni əmr imzalayıb. Əmrə əsasən "Bakılı" - "Şahdağ" matçı 14 dekabr 2011-ci il tarixində keçiriləcək.
