17 noyabr 2011 23:00
Araz UEFA kubokuna qələbə ilə başladı (YENİLƏNİB)
Bu gün futzal üzrə UEFA Kubokunda elit raundun qrup mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Araz” da ilk matçına məhz bu gün çıxıb.
Komandamız ilk görüşünü Hollandiyanın “Eindhoven” klubuna qarşı keçirib. Joze Alesionun yetirmələri gözlənildiyi kimi, turnirə qələbə ilə başlayıblar.
Bu gün qrupun digər oyununda isə meydan sahibi olan İspaniyanın “Barcelona” klubu Çexiya “Chrudim”ini sınağa çəkəcək.
UEFA Kuboku, Elit raund
B qrupu
17 noyabr
Araz – Eindhoven - 5:3 (4:1)
Qollar: Bali, 2 (0:1), Amadeu, 3 (1:1), Amadeu, 7 (2:1), Tota, 16 (3:1), Borisov, 17 (4:1), Zoutane, 33 (4:2), Bali, 36 (4:3), Tota, 39 (5:3)
ARAZ: Andrey Tveryankin, Felipe, Rizvan Fərzəliyev, Vitali Borisov, Amadeu - Marat Salyanski, Fuste, Tota, Rəcəb Fərəczadə, Tyaqo, Jadder, Doda.
Baş məşqçi: Joze Alesion.
EİNDHOVEN: Qrimmelyus, Sadouni, Alloux, Bali, Zoutane - Kapteyn, Mnimako, Erens, Allouxi, Aziz, Linden, Kılıç.
Baş məşqçi: Karmelo Nyeddu.
