17 noyabr 2011 00:03
Tale Heydərov Toni Adamsın istefasından danışdı
Xəbər verdiyimiz kimi, “Qəbələ”nin baş məşqçisi Toni Adams 18 aylıq fəaliyyətinin ardından istefa verib. Azerisport.az xəbər verir ki, klubun prezidenti Tale Heydərov də bu istefa ilə bağlı fikirlərini bildirib:
"Toni Adamsa qısa zaman kəsiyində gördüyü böyük işlərə görə təşəkkür edirəm. Məhz, Adamsın köməkliyi və böyük futbol təcrübəsi sayəsində “Qəbələ” Futbol Klubu irəliyə doğru böyük bir addım atdı. Ümid edirəm ki, bizim münasibətlərimiz uzun müddət davam edəcək".
