17 noyabr 2011 12:08
Turanda qeyri-müəyyənlik davam edir
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən “Turan” çalxalanmaqda davam edir. Azerisport.az xəbər verir ki, oyunçular pullarını ala bilmirlər.
Artıq komandanın baş məşqçisi Əsgər Abdullayev də daxil olmaqla, əksər futbolçular komandadan ayrılıb. Hal-hazırda, "Turan" yalnız yerli və gənc oyunçuların ümidinə qalıb. Məşqlərdə də yalnız onlar iştirak edirlər.
Lakin maraqlıdı ki, klub rəhbərliyi hələ də bütün bu baş verənləri rəsmi olaraq açıqlamaq istəmir. Premyer Liqanın 13-cü turunun "Bakı" ilə növbəti oyununa komandanın ehtiyat heyətlə çıxmasından başqa, heç nə məlum deyil.
