17 noyabr 2011 12:34
Yığmamızın oyunları Rusiya və Avstriyada keçiriləcək
Xəbər verdiyimiz kimi, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq yığmalarımızın yer aldığı qrupların oyunlarının hansı ölkələrdə təşkil ediləcəyi də bəllidi:
Belə ki, U-19-un yer aldığı qrupun oyunları Rusiyada keçiriləcək. U-17-nin oyunlarına isə Avstriya ev sahibliyi edəcək.
U-19, IX qrup
20.10.2012 – 25.10.2012
Oyunlar Rusiyada keçiriləcək
İsveç
Rusiya
Sloveniya
Azərbaycan
U-17, VI qrup
28.10.2012 - 03.11.2012
Oyunlar Avstriyada keçiriləcək
İsveç
Avstriya
Xorvatiya
Azərbaycan
