18 noyabr 2011 01:23
Qari Stivens Kavlaka köməkçi oldu
“Qəbələ”də köməkçi-məşqçi kimi fəaliyyət göstərən Qari Stivens komandadakı işini davam etdirəcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Toni Adamsın istefasından sonra onun da gedəcəyi gözlənilsə də, Stivens bölgə klubunda qalmağa qərar verib.
O, baş məşqçi funskiyalarını müvəqqəti yerinə yetirəcək türkiyəli Fatih Kavlakın köməkçisi olacaq. Xatırladaq ki, Qari Stivens “Qəbələ”yə məhz Toni Adamsla birgə gəlmişdi.
