18 noyabr 2011 01:34
Barcelonadan altı cavabsız qol
Futzal üzrə UEFA Kubokunun B qrupunda Azərbaycan çempionu “Araz”la eyni qrupda yer alan İspaniyanın “Barcelona” və Çexiyanın “Chrudim” klubları da ilk oyunlarını keçiriblər. Azerisport.az xəbər verir ki, bir-biriylə üz-üzə gələn tərəflərin mübarizəsindən Kataloniya təmsilçisi qalib ayrılıb.
Belə ki, qrupun oyunlarına ev sahibliyi edən ispanlar rəqibini 6 cavabsız qolla məğlub ediblər. “Barcelona”nın kapitanı Xavi Rodriqesin het-trikə imza atdığı görüşdə digər qolları Torras, Ari Santos və Vilde vurub.
Xatırladaq ki, “Araz” da ilk oyununda Hollandiya “Eindhoven”i üzərində qələbə qazanmışdı – 5:3.
