18 noyabr 2011 23:20
Araz ikinci matçında büdrədi (YENİLƏNİB)
Bu gün futzal üzrə UEFA Kubokunda elit raundun qrup mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Araz” da bu gün ikinci matçına çıxıb.
Komandamız bu dəfə Çexiyanın “Chrudim” klubu ilə qarşılaşıb. Rəqib qrupumuzun autsayderi sayılsa da, təmsilçimizə şok yaşatmağı bacarıb.
Belə ki, "Araz" gözlənilmədən bu oyunda məğlub olub. Bu komandanın ilk turda İspaniyanın “Barcelona” klubuna 0:6 hesabıyla uduzduğunu da qeyd edək. “Araz” isə ilk görüşünü Hollandiyanın “Eindhoven” klubuna qarşı keçirmişdi və Joze Alesionun yetirmələri gözlənildiyi kimi, qələbə qazanmışdı – 5:3.
Bu gün qrupun digər oyununda isə meydan sahibi olan “Barcelona” “Eindhoven”i sınağa çəkəcək.
UEFA Kuboku, Elit raund
B qrupu
18 noyabr
Araz – Chrudim - 3:4 (1:2)
Qollar: Maks, 2 (0:1), Borisov, 10 (1:1), Duqlas, 13 (1:2), Vladika, 24 (1:3), Fərəczadə, 27 (2:3), Vladika, 32 (2:4), Amadeu, 34 (3:4)
ARAZ: Tveryankin, Felipe, Rizvan Fərzəliyev (k), Vitali Borisov, Amadeu.
Ehtiyat oyunçular: Marat Salyanski, Fuste, Tota, Rəcəb Fərəczadə, Tyaqo, Jadder Dantas, Doda.
Baş məşqçi: Joze Alesio.
CHRUDİM: Zdanski, R.Mareş, Maks, Slovaçek, M.Mareş.
Ehtiyat oyunçular: Meller, Popelka, Vladika (k), Kakau, Duqlas, Reşetar, M.Mareş 2.
Baş məşqçi: Yaroslav Bartoşek.
