18 noyabr 2011 14:22
Superliqa klubunda yeni baş məşqçi
Türkiyə Superliqasında çıxış edən “İstanbul Büyükşehir Belşediyespor” klubu özünə yeni baş məşqçi seçib. Azerisport.az xəbər verir ki, Abdullah Avcının Türkiyə millisinin baş məşqçisi postuna təyin olunması nəticəsində boşalan vəzifəyə Arif Erdem gətirilib.
Qeyd edək ki, Arif Erdem elə Abdullah Avcının köməkçisi vəzifəsində çalışırdı. Onlar düz altı il idi ki, birgə fəaliyyət göstərirdilər. Yeni baş məşqçi seçilən Arif Erdemə bundan sonra Zafer Turan kömək edəcək.
“İstanbul Büyükşehir Belşediyespor” klubu bu haqda rəsmi açıqlamasında Abdullah Avcıya da xüsusi təşəkkür edib və ona Türkiyə millisinin baş məşqçi postunda uğurlar arzulanıb.
