18 noyabr 2011 16:45

DÇ-2012 Azərbaycan Lozannada da təbliğ olunur (FOTO)

2012-ci ildə Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlarası dünya çempionatının yerli təşkilat komitəsinin Media, Kommunikasiya və PR əməkdaşları İsveçrəninLozanna şəhərində keçirilən City Eventstədbirində iştirak edirlər. Azerisport.az xəbər verir ki, dünyanın idman şəhərlərinin, eyni zamanda idman federasiyalarının və müxtəlif şirkətlərin iştirakı ilə təşkil olunan bu illik konfrans 16-18 noyabr 2011-ci il tarixləri arasında keçirilir və tədbirdə 300-ə yaxın nümayəndə iştirak edir.
 
 Azərbaycanı FIFA U-17 qadınlararsı dünya çempionatı ilə təmsil edən Emiliya Kazımova və Şəbnəm Alməmmədova konfrans iştirakçılarına Azərbaycan, onun mədəniyyəti, şəhərləri, ölkədə idmanın inkişafı və gələn il keçiriləcək dünya çempionatı haqqında məlumat verirlər.
 
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin stendi qonaqların xüsusi diqqətini cəlb etmişdir. Azərbaycan nümayəndə heyəti Eurosport kanalı, Sportcal jurnalı, Sport Biznes agentliyi, Beynəlxalq Universitet İdman Federasiyası, FIFA qadınlararası dünya çempionatı Almaniya 2011 nümayəndələri ilə, eyni zamanda BMT İnkişaf və Sülh üçün İdman bölməsinin rəhbəri və digər nüfuzlu təşkilatların nümayəndələri ilə görüşmüş və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər. Bu kimi tədbirlərdə iştirak Azərbaycanda keçiriləcək dünya çempionatı haqqında beynəlxalq təşkilatların məlumatlandırılmasında, eyni zamanda dünya təşkilatları ilə əlaqələr qurulmasında müstəsna rol oynayır.
 
FIFA U-17 qadınlararası dünya çempionatı 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixləri arasında Azərbaycanda keçiriləcək. Çempionat zamanı 16 ölkənin 17 yaşadək qızlardan ibarət komandaları qalibiyyət uğrunda yarışacaq. Bu, Avropada keçiriləcək ilk U-17 qadınlararası dünya çempionatıdır və Azərbaycanda təşkil olunacaq ən böyük futbol tədbiridir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.