18 noyabr 2011 17:27
“Neftçiylə oyun bizim üçün dönüş nöqtəsi olmalıdı”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun “Neftçi” ilə oyunu öncəsi “Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanov azerisport.az saytının suallarını cavablandırıb.
- Toni Adamsın istefası komandada necə qarşılandı?
- Əlbəttə, mənfi. Baxmayaraq ki, komandanın nəticələri də o qədər ürəkaçan deyildi. Mümkündü ki, rəhbərlik də artıq onu vəzifəsində saxlamağa dəymədiyinə qərar verdi.
- Əlbəttə, mənfi. Baxmayaraq ki, komandanın nəticələri də o qədər ürəkaçan deyildi. Mümkündü ki, rəhbərlik də artıq onu vəzifəsində saxlamağa dəymədiyinə qərar verdi.
- Bu, qarşıdakı oyunda komandaya nə dərəcədə təsir edəcək?
- Son turda AZAL-a 0:3 hesabıyla məğlub olmuşduq. Fikrimcə, daha bundan da pis nəsə ola bilməz.
- Son turda AZAL-a 0:3 hesabıyla məğlub olmuşduq. Fikrimcə, daha bundan da pis nəsə ola bilməz.
- Amma rəqib “Neftçi”di...
- Adətən, məşqçi istefasından sonra komanda daha yaxşı oyun göstərməyə çalışır. Bu oyun bizim üçün dönüş nöqtəsi olmalıdı. Amma bizə çox çətin olacaq. “Neftçi” hazırda yüksəlişdədi. Yaxşı oynayırlar, nəticə qazanırlar. Hər şeyə rəğmən, biz də yalnız qələbəyə oynayacağıq.
- Sizcə, yığmamızın “Union Berlin”ə məğlubiyyətinə nə səbəb oldu?
- Bu oyunda əsas vəzifə qələbə qazanmaq yox, gəncləri yoxlamaq idi. Bu oyunda oynamadım. Bunda heç bir problem də görmürəm. Foqts dedi ki, mən lazım olacağım halda meydana çıxacağam.
- Amma baş məşqçi əsasən gənclərə üstünlük verdi...
- Mənim meydana çıxmaq, oynamaq istəyim var idi. Orda əsl futbol ab-havası hökm sürürdü. Heç hiss olunmurdu ki, ikinci Bundesliqa klubuna qarşı oynayırsan. Rəqibin heyətində çox səviyyəli oyunçular vardı. Premyer Liqa ilə onların ikinci liqasının müqayisə etsək, bizimki geri qalır. Yoldaşlıq oyunlarına 4000 azarkeş gəlmişdi.
- İstənilən halda milli komandanın belə bir rəqibə məğlubiyyətini biabırçı hesab etmirsiz?
- Məğlubiyyət həmişə utandırıcıdı. Amma dediyim kimi, yığmanın məşqçilər korpusu Almaniyaya tam fərqli məqsədlər üçün getmişdilər. Əsas odu ki, bu oyun yığmaya fayda versin.
- Gənclərimiz necə təsir bağışladılar?
- Yaxşı uşaqlardı. Əgər çalışsalar, daha çox şeyə nail ola bilərlər. Mən peşəkar karyerama başlayanda, belə imkanlar yox idi. Onların özlərini sübut etmək üçün daha yaxşı şansı var.
- Son dövrlər Flavinyonun Azərbaycan millisində mümkün iştirakı daha çox müzakirə olunur...
- O, yaxşı futbolçudu. Belə futbolçular komandaya kömək edə bilər. Niyə də onu komandaya cəlb etməyək?
- Bəs Berti Foqtsla müqaviləni yeniləməyə dəyərmi?
- O, məni həmişə yığmaya dəvət edib. Onun rəhbərliyi altında həmişə oynamaq şansı qazanmışam. Bilir ki, nəyə qadirəm. Yeni baş məşqçinin gəlişi çoxlu dəyişikliklərə gətirib çıxaracaq. Bu da komandaya mənfi təsir göstərə bilər.
