18 noyabr 2011 18:22
Böyükağa Hacıyev: Onların meydanda olmaması bizim üçün itkidi
"Neftçi"nin futbolçuları - Mirhüseyn Seyidov və Cavid İmamverdiyev Azərbaycanın U-21 yığma komandasının düşərgəsindən zədəli dönüblər. Azerisport.az xəbər verir ki, onların Premyer Liqanın 13-cü turunun "Qəbələ" ilə oyununda iştirakı sual altındadı.
“Flaqman”ın baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlamasında buna münasibət bildirib: "Biz Azərbaycanın əsas və müxtəlif yaş qrupları üzrə milli komandalarına hər zaman futbolçu verməyə hazırlıq və bunun üçün çalışırıq. "Qəbələ" kimi ciddi rəqiblə oyundan əvvəl iki gənc istedadlı futbolçumuzu itirməyimiz məni üzür. Təbii ki, onların meydanda olmaması bizim üçün itki sayıla bilər".
Qeyd edək ki, zədəli futbolçular klubun həkimlərinin nəzarəti altında müalicə olunurlar.
