18 noyabr 2011 19:23

Prezident İlham Əliyev Qəbələ stadionunda

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də “Qəbələ” Futbol Klubunun stadion və təlim-məşq bazası kompleksində aparılan tikinti işləri ilə tanış olub. Azerisport.az xəbər verir ki, o, kompleksin planını və burada görülən işləri əks etdirən stendlərə baxıb.
 
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verib ki, əsas stadionun, məşq bazasının və Qəbələ Futbol Akademiyasının inzibati binasının tikintisi kompleks şəkildə aparılır. Bunun üçün 7 hektar torpaq sahəsi ayrılıb. Klubun 15 min yerlik əsas stadionunun tikintisi ən yüksək standartlara uyğun aparılacaq. Hazırda klub ev oyunlarını 4 min tamaşaçı yeri olan stadionda keçirir. Tikiləcək əsas stadion ilə yanaşı, kompleksdə əlavə 6 stadion da fəaliyyət göstərəcək. Beşi təbii, biri isə süni örtüklü olan stadionlardan dördü artıq istifadəyə verilib.
 
Prezident İlham Əliyevə Qəbələ Futbol Akademiyasının yeni binasında aparılan tikinti işləri barədə də məlumat verilib. Qeyd olunub ki, ilyarım ərzində istifadəyə verilməsi nəzərdə tutulan akademiyanın daxilində təbii və süni örtüklü meydançalar, yeməkxana, istirahət otağı və digər yardımçı obyektlər fəaliyyət göstərəcək. İnşaat işləri ilə paralel olaraq “Qəbələ” klubunun uşaq futbol bölmələrinə seçimlər də aparılıb. Hazırda akademiyada 200-dək uşaq təlim keçir. Hələlik seçimlər Qəbələ rayonunu, gələcəkdə isə bütün bölgələri əhatə edəcək.
 
Dövlətimizin başçısı inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.